AZ

Trampın Norveçin Baş nazirinə göndərdiyi məktub GÜNDƏM OLDU

ABŞ Prezidenti Donald Trampın Norveçin Baş naziri Yonas Qar Störeyə göndərdiyi məktub beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, Donald Tramp məktubunda artıq yalnız sülh barədə düşünmək öhdəliyini hiss etmədiyini bildirib.

Sözügedən məktubun mətni PBS NewsHour-un jurnalisti Nik Şifrin tərəfindən X sosial şəbəkəsində paylaşılıb. Jurnalistin iddiasına görə, məktubun məzmununu ona bir neçə rəsmi mənbə təqdim edib.

Məktubda Tramp yazıb:

“Əziz Yonas! Ölkənizin səkkiz və hətta daha çox müharibəni dayandırdığıma görə mənə Nobel Sülh Mükafatını verməmək qərarı fonunda, artıq yalnız sülh barədə düşünmək öhdəliyini hiss etmirəm. Baxmayaraq ki, sülh hər zaman prioritet olacaq. İndi isə ABŞ üçün doğru və faydalı olan məsələlər barədə də düşünə bilərəm.”

Norveçin Baş naziri Yonas Qar Störe də məktubun alındığını təsdiqləyib. Onun sözlərinə görə, məktub Donald Trampa öz adından göndərdiyi qısa mesajdan sonra daxil olub.

Störe həmçinin vurğulayıb ki, Norveçin Qrenlandiya ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
123
1
konkret.az

2Mənbələr