ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya prezidenti Vladimir Putin və Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez arasında yaxın günlərdə heç bir təmas planlaşdırılmır.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya ilə Venesuela arasında yüksək səviyyəli təmasların planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualı cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, bildirib ki, bütün hallarda Moskva Rodrigezlə diplomatik kanallar vasitəsilə daim əlaqə saxlayır.
“Putinin yaxın günlər üçün heç bir planı yoxdur, amma zərurət yaranarsa, bunu mütləq təşkil etmək olar. Müvəqqəti prezidentlə mən diplomatik kanallar vasitəsilə daim əlaqə saxlayırıq”, - deyə Peskov qeyd edib.
Gülşən Şərif
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.