“Qarabağ” və Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev portuqaliyalı futbolçu Luiş Naninin Qazaxıstanın “Aktobe” klubuna mümkün transferi ilə bağlı açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, “ASnews.kz”a danışan təcrübəli qolkiper ulduz futbolçu barədə xoş sözlər söyləyib:
“Nani meydana çıxmadan belə komandanı gücləndirə bilər. O, paltardəyişmə otağında və məşq prosesində də çox vacib oyunçudur. Həmişə futbolçuları motivasiya edir və xüsusilə gənc oyunçulara məsləhət verir. Buna görə də, Luis yüksək formada olmasa belə, komandaya kömək edəcək. O, daim öz qeydinə qalan, formasına fikir verən əla peşəkardır. Əgər Nani “Aktobe”yə keçmək qərarına gəlibsə, mütləq ehtiyat skamyada oturmaqla qalmayacaq”.
Xatırladaq ki, Məhəmmədəliyev və Nani 2023/2024 mövsümündə “Adana Demirspor”da birlikdə oynayıblar.