AZ

Naxçıvanda dövlət qurumu 1,8 milyon manatlıq bank xidməti alır

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ (VÖEN – 0200021121) açıq tender elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti əməkhaqlarının və icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədi ilə göstəriləcək bank xidmətlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 1 787 500 manat təşkil edir.

Tender 19 yanvar 2026-cı il, saat 12:53-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 5 fevral 2026-cı il, saat 16:00, zərflərin açılışı isə həmin tarixdə, saat 16:00-da keçiriləcək.

İştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manat təşkil edir.

Əlaqələndirici şəxs: İlkin Məmmədov - Böyük mütəxəssis
[email protected]
+994 60 323 15 13

İddiaçıların tələb olunan sayı: 3

Başlıq Açıqlama Miqdar Ölçü vahidi Kod
1

Əmək haqqının illik məbləği

Əmək haqqı layihəsi çərçivəsində kartlara köçürülən vəsaitə görə

15.000.000

ədəd

84111505
2

Sosial ödənişlərin illik məbləği

Karta köçürmə üzrə xidmət haqqına dair təklif

310.000.000

ədəd

95121513

 

Seçilən
33
1
fed.az

7Mənbələr