AZ

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Yanvarın 21-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.

DİM-dən bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmış tələb olunan sənədlərlə (şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Seçilən
107
12
tehsil.biz

10Mənbələr