ABŞ dollarının qlobal valyuta ehtiyatlarında payı 20 ilin ən aşağı səviyyəsinə, 40%-ə düşüb.
Publika.az xəbər verir ki, bu barədə "Prime" məlumat yayıb.
Məlumata görə, ekspertlər 2020-ci ildən 2026-cı ilə qədər altı il ərzində qlobal ehtiyatlardan təxminən 3,2 trilyon dollar "azaldığını" təxmin edirlər. Onlar bu dəyişiklikləri "dedollarlaşmanın çökməsi" adlandırırlar, çünki proses tədricən deyil, sürətli gedir.
Hazırda dollar əsas ehtiyat valyutası olaraq qalır, lakin qlobal bazar alternativ axtarır.
Maliyyə üzrə ekspert Sofiya Qlavina hesab edir ki, gələcəkdə regional valyuta zonaları formalaşacaq.