AZ

Ötən il hər bir ölkə sakini orta hesabla 1460 manatlıq ödənişli xidmətlərdən yararlanıb

Bakı, 19 yanvar, AZƏRTAC

Ötən il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü illə müqayisədə real ifadədə 9 faiz artaraq 14 milyard 956,7 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 11 milyard 236,3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edir.

2025-ci ildə hər bir ölkə sakini orta hesabla 1460,1 manatlıq və ya 2024-cü illə müqayisədə nominal ifadədə 197,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

 

Seçilən
159
4
azertag.az

5Mənbələr