AZ

Pezeşkiandan ÇAĞIRIŞ: “Həmin şəxslərlə bağlı…”

İran Prezidenti Məsud Pezeşkian son etiraz aksiyaları ilə əlaqədar saxlanılan şəxslərin işlərinə baxılarkən xüsusi diqqət və ədalətin təmin olunmasının vacibliyini vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, bunu İran Prezidenti deyib:

“Son hadisələrlə bağlı saxlanılan şəxslərin işlərinə baxılarkən ilk növbədə maksimal diqqət və ədalət prinsipləri əsas götürülməlidir”.

Bununla yanaşı, Məsud Pezeşkian etirazlar fonunda 11 gündür tətbiq olunan məhdudiyyətlərdən sonra İranın qlobal internetə qoşulması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına da çağırış edib.

O bildirib ki, onlayn ticarətin təmin olunması və rabitə sahəsində məhdudiyyətlərin azaldılmasına ehtiyac var:

“Rabitə sahəsində məhdudiyyətlərin azaldılması və onlayn ticarətin təmin olunması zəruridir. Mən Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Laricanidən bu məhdudiyyətlərin mümkün qədər tez aradan qaldırılmasını tövsiyə etdim”.

 

Seçilən
112
nocomment.az

1Mənbələr