Marja.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“AFB Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2025-ci ildə 2024-cü ilin sonu ilə müqayisədə 109 milyon 453 min manat və ya 59,8% artaraq 31 dekabr 2025-ci il tarixində 292 milyon 544 min manata çatıb.
Bu barədə Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
“AFB Bank” ASC 2025-ci ilin 4-cü rübündə 3-cü rübü ilə müqayisədə banklar arasında kredit portfellərinin müsbət dinamikasına (artım sürətinə) görə lider olub. Bank biznes kreditlərinin + 28,4%, istehlak kreditlərinin isə +64,1% dinamikası ilə 22 bank arasında 1-ci yeri tutub. “AFB Bank” ASC depozit portfelinin artım tempinə üzrə də banklar arasında qabaqcıl yerlərdən birini tutub.
Kredit portfelindəki yüksək nisbətdə artım “AFB Bank”ın 2025-ci ildə bazarda daha aktiv mövqe tutduğunu göstərir.
İstehlak kreditlərində sıçrayış
31 dekabr 2025-ci il tarixində “AFB Bank” ASC-nin kredit portfelinin strukturu:
İstehlak kreditləri: 64 milyon 983 min manat. Artım: 43 milyon 220 min manat (198,6%)
Biznes kreditləri: 158 milyon 916 min manat. Artım: 68 milyon 860 min manat (76,4%)
İpoteka kreditləri: 68 milyon 644 min manat. Azalma: 2 milyon 628 min manat (-3,7%)
Ən yüksək artım istehlak kreditlərində qeydə alınıb ki, bu da Bankın pərakəndə kreditləşməyə strateji üstünlük verdiyini göstərir. Ötən il Bankın biznes kreditləri portfelində də güclü artım müşahidə olunub.
İş elanları AzVak.az-da
Həmçinin oxu
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
![]()
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.