AZ

Ötən həftə 6 tank əleyhinə mina zərərsizləşdirilib

Bakı.Trend:

Azad olunan ərazilərdə yanvarın 12-dən 18-dək 6 tank əleyhinəmina, 63 piyada əleyhinə mina, 253 partlamamış hərbi sursat (PHS)aşkarlanıb və zərərsizləşdirilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA)azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləməəməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 508.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, MüdafiəNazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət SərhədXidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlıvə Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azadedilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılıkəndlərində həyata keçirib.

Məqalədə:
Seçilən
119
30
az.trend.az

10Mənbələr