Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi fərqli proseslərdir, lakin biz eyni regionda yerləşdiyimiz üçün, bu proseslər bir-birinə təsir göstərə bilər.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikerinin müavini Ruben Rubinyan jurnalistlərə açıqlamasında deyib.
"Ümumilikdə proseslər müsbət istiqamətdə irəliləyir, bəzi nəticələri artıq görürük, digərlərini isə sonradan görəcəyik", – Ruben Rubinyan vurğulayıb.
"Cebheinfo.az"