Milli Hidrometeorologiya Xidmətindən Ajans.az-a verilən məlumata görə, mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 13-18 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.