AZ

Milli Məclis Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını ratifikasiya edəcək

Milli Məclis Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyası ratifikasiya edəcək.

Day.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yanvarın 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə ediləcək.

Seçilən
68
3
day.az

5Mənbələr