AZ

Leysan yağışlar: Körpünü sel apardı, yollar bağlandı

Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.

Kənd sakinləri NOCOMMENT.az -ın Cənub bürosuna verdiyi məlumata görə, ötən ildən güclü yağışlar nəticəsində Vənlik kəndində körpü qəzalı vəziyyətə düşüb. Sonra körpü müvəqqəti olaraq təmir olunub. Ötən gecə yağan aramsız yağış yenidən körpünü istifadə üçün yararsız vəziyyətə salıb. Hazırda 3 kəndin – Vənlik, Fərzili və Oğrubulaq kənd sakinləri körpüsüz qalıb.

Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, sözügedən körpüdə hazırda yenidən müvəqqəti təmir işləri aparılır. Yaxın zamanlarda isə körpü yenidən tikiləcəkdir.

Turab

Seçilən
168
7
nocomment.az

3Mənbələr