Bakı. Trend:
Emal edilməmiş almazların dövlət orqanın rəyi olmadan idxalı vəixracına görə cərimələr müəyyənləşdiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan İnzibatiXətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsindəöz əksini tapıb.
Qanun layihəsinə əsasən, emal edilməmiş almazların müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadanidxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan2000 manatadək məbləğdə, hüquqi şəxslər 1 500manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək.
“Qiymətli metallar və qiymətli daşlar haqqında”Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
Qanun layihəsinə əsasən, işlənməmiş və ya sadəcə yonulmuş,parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin malnomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunanqiymətli daşlar emal edilməmiş almazlar hesabediləcək.
Qeyd edək ki, qanun qəbul edildikdən sonra “Emal edilməmişalmazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu vəsaxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətininhəyata keçirilməsi və emal edilməmiş almazın İxracı ilə əlaqədar“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğunsertifikatın forması və verilməsi qaydaları” təsdiq ediləcək.