AZ

Yanvarın 20-si ilə bağlı XƏBƏRDARLIQ

Çərşənbə axşamı günü G3/G4 maqnit qasırğası Yer kürəsinə çatacaq.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

“Qasırğanın yanvarın 20-də Yerə çatacağı gözlənilir. Gözlənilən maqnit qasırğasının səviyyəsi G3/G4-dür”, – laboratoriyadan bildirilib.

G4 beş ballıq şkala üzrə “çox güclü” maqnit qasırğasını ifadə edir.

Qeyd edək ki, bundan əvvəl Günəşdə ən yüksək sinifli (“X” səviyyəli) partlayış olduğu açıqlanıb./publika.az

Seçilən
121
1
busaat.az

2Mənbələr