İspaniyada baş verən qatar qəzasında ölənlərin sayı 24-ə çatıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə RTVE məlumat yayıb.
Telekanalın bildirdiyinə görə, ən azı 24 nəfər ölüb, 73 nəfər yaralanıb. Yaralananlardan dördü azyaşlıdır. Məlumata əsasən, xəsarət alanlardan
15-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 21 nəfər olduğu bildirilmişdi.