ain.az, 525.az saytına istinadən bildirir.
Fransanın paytaxtı Parisdə yaşayış binalarında birində bədbəxt hadisə baş verib.
525.az "Le Parisien"ə istinadən xəbər verir ki, Parisin 11-ci rayonunda, 100-ə yaxın insanın yaşadığı Amelot küçəsində çoxmərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin döşəməsi uçub.
Hadisə yerinə 100-ə yaxın yanğınsöndürən göndərilib. Şahidlər bildiriblər ki, bədbəxt hadisə 50-yə yaxın adamın ziyafət üçün mənzildə olduğu vaxt baş verib.
Döşəmənin uçması nəticəsində biri ağır olmaqla 20-dən çox insan yaralanıb.
İbrahim Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.