AZ

Paytaxtda dönərxanada yanğın baş verib

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində, metronun “Sahil” stansiyasının yaxınlığındakı dönərxanada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Hafta.az-a FHN-in mətbuat xidmətindən mlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Seçilən
155
6
hafta.az

10Mənbələr