Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Hələb Beynəlxalq Hava Limanı yanvarın 20-də fəaliyyətini bərpa edəcək.
APA-nın xəbərinə görə, bu barədə Suriya Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Qeyd edək ki, Hələb Beynəlxalq Hava Limanı yanvarın 7-dən fəaliyyətini dayandırıb.
Xatırladaq ki, yanvarın 6-da YPG/SDQ silahlıları Hələbdə Suriya Ordusunun mövqelərinə hücum edib. Yanvarın 7-də Suriya Ordusu Hələbdə iki məhəllədə YPG/SDQ-yə qarşı əməliyyata başlayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.