ain.az bildirir, GlobalInfo portalına istinadən.
ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinə qarşı əlavə ticarət tarifləri tətbiq etməklə bağlı təhdidlərindən sonra Almaniya Silahlı Qüvvələri (Bundesver) Qrenlandiyadakı hərbi kontingentini gizli şəkildə geri çəkib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, Bundesverin kəşfiyyat qrupu Qrenlandiyaya çatdıqdan cəmi iki gün sonra adanı tərk edib.
Jurnalistlərin yazdığına görə, hərbi qulluqçulara geri çağırılmanın səbəbi ilə bağlı heç bir izahat verilməyib. Mənbələrin sözlərinə görə, əmr qısa və konkret olub: “Geri qayıdın.”
Məlumata əsasən, yerli vaxtla saat 08:30-da missiya komandiri kontr-admiral Stefan Paulinin rəhbərliyi altında 15 nəfərlik Bundesver kəşfiyyat qrupu Qrenlandiyanın paytaxtı Nuuk şəhərinin hava limanında Icelandair aviaşirkətinə məxsus Boeing 737 təyyarəsinə minərkən görülüb.
Bildirilir ki, geri çəkilmə əmri Berlindən səhər tezdən daxil olub və bu səbəbdən əvvəlcədən planlaşdırılan bütün görüşlər ləğv edilib.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.