AZ

İspaniya La Liqası: “Vilyareal” çempionluq yolunda xal itirdi

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İspaniya La Liqasının 20-ci turu çərçivəsində “Real Betis” “Vilyareal”ı qəbul edib.

İdman.Biz xəbər verir ki, ev sahibi komandanın açıq üstünlüyü şəraitində keçən oyun 2:0 hesabı ilə başa çatıb.

Qolları 57-ci dəqiqədə Aytor Ruibal və 83-cü dəqiqədə Pablo Fornalas vurub. Qonaq komandanın oyunçusu Santi Komesaniya 76-cı dəqiqədə komandasını azlıqda qoyub.

Bu qələbədən sonra “Betis” xallarını 32-yə çatdıraraq altıncı pilləyə yüksəlib. “Vilyareal” isə çempionluq yolunda xal itirərək 41 xalla üçüncü pillədə qərarlaşıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
1
icma.az

2Mənbələr