ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Tehran prokuroru Əli Salehi ABŞ Prezidenti Donald Trampın İranda 800 edamın dayandırıldığı ilə bağlı açıqlamasını rədd edib”.
Globalinfo.az xəbər verir ki, bununla bağlı “Azad İran” məlumat yayıb.
“Salehi Trampın açıqlamalarını “faydasız və əsassız cəfəngiyat” adlandırıb. Prokuror bildirib ki, etirazlarla bağlı işlər üzrə İran Məhkəmə-Ədliyyə sisteminin reaksiyası qətiyyətli, çəkindirici və sürətli olacaq.
Onun sözlərinə görə, hakimiyyətin “iğtişaşçı” adlandırdığı şəxslərlə bağlı sənədlər artıq məhkəmələrə göndərilib. “ABŞ Prezidenti isə həmişə yanlış və əsassız açıqlamalar verir”, – deyə Salehi əlavə edib”.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.