AZ

Sabunçuda narkotacir saxlanıldı

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb.

Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
26
redaktor.az

10Mənbələr