AZ

Qış Olimpiya Oyunlarının açılışında ABŞ nümayəndə heyətinə Cey Di Vens rəhbərlik edəcək

BAKI, 18 yanvar. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevralın 6-22-də İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində Amerika nümayəndə heyətinə rəhbərlik edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Vens həyat yoldaşı Uşa ilə birlikdə fevralın 6-da Milanda baş tutacaq açılış mərasimində iştirak edəcək və nümayəndə heyətinə başçılıq edəcək. ABŞ nümayəndə heyətinin tərkibinə həmçinin ölkənin dövlət katibi Marko Rubio və bir neçə amerikalı idmançı da daxil olacaq.

Seçilən
92
teleqraf.com

1Mənbələr