AZ

Pakistanda ticarət mərkəzində yanğın baş verdi - Ölənlər var

BAKI, 18 yanvar. TELEQRAF

Pakistanın cənubundakı Karaçi şəhərində yerləşən "Gul Plaza" ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində azı üç nəfər ölüb, daha yeddi nəfər isə xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Yanğın şəhərin sıx məskunlaşmış ərazisində yerləşən ticarət kompleksinin birinci mərtəbəsində başlayıb. Alovun sürətlə yayılması nəticəsində bir neçə nəfər binanın yuxarı mərtəbələrində qalıb. Xilasetmə xidmətinin nümayəndələrinin sözlərinə görə, hadisə yerinə operativ şəkildə altı yanğınsöndürən briqada cəlb olunub, lakin vəziyyət hələ də kritik olaraq qalır.

İlkin məlumatlara əsasən, yanğına mağazalardan birində elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hüquq-mühafizə orqanları hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Seçilən
67
teleqraf.com

1Mənbələr