AZ

İraq ordusu "Ayn əl-Əsəd"i nəzarətə götürdü

İraq ordusu ABŞ qoşunlarının çıxarılmasından sonra ölkənin qərbindəki Ənbar vilayətində yerləşən "Ayn əl-Əsəd" aviabazasını tam nəzarətə götürüb.

"Ölkə.az" xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

"Baş Qərargah rəisi Əbdül Əmir Raşid Yaralla 17 yanvarda ABŞ qoşunlarının çıxarılmasından və İraq ordusunun bazanı tam nəzarətə götürməsindən sonra "Ayn əl-Əsəd"də müxtəlif qoşun növləri və birləşmələr arasında vəzifələrin və öhdəliklərin bölüşdürülməsinə rəhbərlik edib. Baş Qərargah rəisi dərhal təhlükəsizliyin təmin olunması üzrə öhdəliklərin ötürülməsini nəzarətə götürüb", – bəyanatda vurğulanır.

Xatırladaq ki, ABŞ-nin rəhbərlik etdiyi koalisiya 2014-cü ildə terrorçu qruplaşmalarla, xüsusən də həmin ilin yayında İraq ərazisinin təxminən üçdə birini işğal edən İŞİD-lə mübarizə üçün yaradılmışdı. 2015-ci ildə beynəlxalq koalisiyanın dəstəyi ilə İraq hökumət qüvvələri ekstremistlərin nəzarətində olan rayonların azad edilməsi üçün genişmiqyaslı kampaniyaya başlamışdı. 2017-ci ilin dekabrında ölkənin baş naziri olan Heydər Əl-Abadi İŞİD-in qəti məğlubiyyətini elan etmişdi.

2020-ci ilin yanvarında İraq parlamenti xarici qoşunların tam çıxarılmasını nəzərdə tutan qətnamə qəbul edib. 2025-ci il fevralın 4-də İraq Prezidenti Əbdüllətif Raşid beynəlxalq koalisiyanın missiyasının ilin sonuna qədər başa çatacağını bildirib.

Seçilən
46
3
olke.az

4Mənbələr