Alp dağlarının Avstriya ərazisinə düşən hissəsində qar uçqunları nəticəsində beş nəfər həlak olub. Avstriyanın "ORF" teleradio şirkətinin məlumatına görə, Zalsburq yaxınlığındakı Ponqau rayonunda yerləşən Finsterkopf dağında (hündürlüyü 2150 m) yeddi xizəkçidən ibarət qrup qarın altında qalıb, onlardan dördü həlak olub, biri isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həmin gün Avstriyada qar uçqunu zamanı daha bir qadın da həlak olub.
Mətləb