AZ

Xaçmazda bir nəfər sexdə 6 metr dərinliyə yıxıldı

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hafta.az bu barədə FHN-ə istinadən bildirir.

Məlumatla əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1989-cu il təvəllüdlü Ağabalayev Ramin Əlisahib oğlu istehsalat sexində qurğunun üzərindən dərinliyi təqribən 6 metr olan texniki əraziyə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R. Ağabalayevi yıxıldığı ərazidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Seçilən
82
12
hafta.az

10Mənbələr