Şəmkirdə müəmmalı ÖLÜM: Ailəsi sübh tezdən meyitini tapdı
Ajans.az xəbər verir ki, hadisə səhər saat 7 radələrində rayonun Mahmudlu kəndində qeydə alınıb. Kənd sakini 64 yaşlı Mehman İsrayıl oğlu Qurbanovun meyiti yaşadığı evin həyətində ailəsi tərəfindən aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.