Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Uqanda prezidenti Yoveri Museveni rəqibinin saxtakarlıq iddialarına baxmayaraq seçkilərdə səslərin 71,65 faizini toplayaraq yeddinci dəfə prezident seçilib.
"Ölkə.az" bu barədə "Associated Press"ə istinadla xəbər verir.
Yekun nəticələrə görə, onun rəqibi, musiqiçidən siyasətçiyə çevrilən Bobi Vayn səslərin 24,72 faizini qazanıb. Əsl adı Kyaqulanyi Ssentamu olan Vayn "ədalətsiz seçki prosesi"ni pisləyib. O, "saxta nəticələr"i rədd etdiyini bəyan edib və Uqandalıları "qanuni nəticələr elan olunana" qədər dinc etiraz aksiyalarına çağırıb.
Vayn evinə basqın edən təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmamaq üçün qaçmalı olduğunu bildirib.
Elvin
Ölkə.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.