AZ

Bərdədə kənd məktəbi qəzalı vəziyyətdəVİDEO

İstismar müddətini başa vuran məktəb binasında hələ də dərs keçilir...

Xezerxeber.az xəbər verir ki, görüntülər Bərdə rayonu Böyük Göyüşlü kənd tam orta məktəbindəndir.

Sakinlər deyirlər ki, qəzalı məktəb binası uzun illərdir istismardadır. Problemi nəzərə alaraq bir neçə il öncə məktəbin həyətində yeni bina tikilib, ancaq həmin bina bütün siniflərin yerləşməsi üçün kifayət etmir.

Məktəb üçün inşa edilən yeni binada bütün siniflər üçü yer olmadığından yuxarı sinif şagirdlərinə qəzalı vəziyyətdə olan tikilidə dərs keçilir.

Sakinlər yuxarı sinif şagirdlərinin də normal şəraitdə dərs keçə bilmələri üçün yeni binanın inşasını istəyirlər.

Onu da öyrəndik ki, 2007-ci ildə keçmiş Təhsil Nazirliyinin sifarişilə Bərdə rayonu Habil Məmmədov adına Böyük Göyüşlü kənd tam orta ümumtəhsil məktəbinin həyətində yardımçı bina tikilərək istifadəyə verilib.

Lakin, bu gün həmin bina məktəbin bütün şagirdlərinə dərs keçilməsi üçün kifayət etmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
32
xezerxeber.az

1Mənbələr