İtaliya A Seriyasının 21-ci turunda "Udineze" ev matçında "İnter"i qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Lautaro Martinez matçın yeganə qolunu vurub. Argentinalı hücumçu ilk hissənin 20-ci dəqiqəsində fərqlənib - 0:1.
Hazırda "İnter" İtaliya A Seriyasının turnir cədvəlində 49 xalla birinci yerdədir. 26 xal toplayan "Udineze" isə ilk onluğu qapayır.
"Cebheinfo.az"