AZ

Tramp Qrenlandiyaya görə Avropa ölkələrinə 10% tarif tətbiq etdi

ain.az, Yeniavaz saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar bir neçə Avropa ölkəsinə 10% tarif tətbiq olunacağını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə başçısl sosial şəbələ hesabında paylaşım edib.

“Fevral 1-dən etibarən yuxarıda adı çəkilən bütün ölkələr (Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Niderland və Finlandiya) ABŞ-yə göndərilən bütün mallara 10% tarif ödəyəcəklər”, - Tramp yazıb.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Qrenlandiyanın alınması ilə bağlı razılaşma əldə olunana qədər Danimarka, Fransa, Almaniya, Böyük Britaniya və digər ölkələrə qarşı tariflər qüvvədə qalacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
yeniavaz.com

10Mənbələr