AZ

“Gənclərə və yeni transferlərə şans verdik” Azər Bağırov

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Gənclərə və yeni transferlərə şans verdik” - Azər Bağırov

Bu gün Misli Premyer Liqası təmsilçilərindən “Kəpəz” və “Karvan-Yevlax” arasında yoxlama oyunu keçirilib. Yevlax şəhər stadionunda baş tutan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb (0:0).

QOL.az xəbər verir ki, matçdan sonra “Kəpəz”in baş məşqçisi Azər Bağırov oyunla bağlı fikirlərini bölüşüb. Mütəxəssis görüşün yaxşı keçdiyini, gənclərin və yeni transferlərin performansından razı qaldığını bildirib. O, bununla da təlim-məşq toplanışının yekunlaşdığını vurğulayıb:

"Oyun yaxşı keçdi. Bu matçda da gənc futbolçulara və yeni transferlərimizə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. Bir günlük istirahətdən sonra "Qarabağ"la oyunun hazırlıqlarına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
qol.az

3Mənbələr