Bakı. Trend:
Kanada Çin istehsalı olan elektrik avtomobilləri üçün idxalrüsumlarını 100 faizdən 6,1 faizə endirib.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Çinin Kommersiya Nazirliyi Kanadanın Çindən ildə49 min elektromobilin aşağı tariflə idxalı üçün kvota ayırdığınıaçıqlayıb. Kvotanın növbəti 5 ildə 70 minə çatdırılmasıplanlaşdırılır.
Bildirilir ki, Çin və Kanada son zamanlar qarşılıqlı maraqdoğuran iqtisadi və ticarət məsələləri üzrə müxtəlif səviyyələrdəbir neçə dəfə intensiv məsləhətləşmələr aparıblar. Nəticədəelektromobillər, polad və alüminium məhsulları, raps toxumu, kəndtəsərrüfatı və su məhsulları kimi sahələrdə ilkin razılaşmalaranail olublar.
Qeyd edək ki, Kanada 2024-cü ildən Çin elektromobilləri üçün 100faizlik idxal rüsumları tətbiq edir. Çin də cavab olaraq Kanadaməhsullarına idxal rüsumlarını qaldırıb.