AZ

Azərbaycanda bu şəxslərə əlavə məzuniyyətlərə görə kompensasiya verilməyəcək

İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi qaydalarında dəyişiklik edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

 

Qanuna əsasən, əmək münasibətlərinə xitam verilərkən uşaqlı qadınlarAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlərə görə də kompensasiya verilməyəcək.

Mövcud qanunvericiliyə görə, əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə verilən əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya verilmir.

Seçilən
33
12
day.az

10Mənbələr