“Neftçi”nin baş məşqçisi Yuri Vernidub klubun Rusiya “Lokomotiv”i ilə anlaşmasına münasibət bildirib.
İki klubun akademiyaları bir gün əvvəl memorandum imzalayıblar. Ruslar öz saytlarında bildiriblər ki, onların prioritetləri təkcə idman deyil, həm də postsovet məkanında ideoloji və təbliğat işidir.
Publika.az xəbər verir ki, Vernidub məsələ lə bağlı Sport.ua saytına danışıb.
“Jurnalistlər çox uzağa gedirlər. Bəzi KİV-lər yazır ki, guya mən Moskvaya gedəcəyəm. Bu ağılsızlıqdır. Bu əməkdaşlıq müqaviləsi uşaq akademiyaları arasında imzalanıb. Bu, klubun haqqıdır. Bunun mənə nə dəxli var?