AZ

“Bluetooth” qulaqlıqlarında ciddi təhlükə Milyonlarla istifadəçi izlənmə riski ilə üzləşib

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Belçikanın “KU Leuven” Universitetinin tədqiqatçıları “Google”ın “Bluetooth” cihazlarını sürətli və asan bağlamaq üçün inkişaf etdirdiyi “Fast Pair” texnologiyasında ciddi təhlükəsizlik boşluqları aşkarlayıblar.Bakupost.az “ZDNet”ə istinadən xəbər verir ki, araşdırmaya görə, bu boşluq bəzi qulaqlıqlar və səs aksesuarları istifadəçinin izlənməsinə imkan verə bilir.Bu boşluğu “WhisperPair” adlandıran tədqiqatçılar qeyd ediblər ki, problem “Sony”, “JBL”, “Google” və “Anker” kimi məşhur markaların bəzi məhsullarını hələ də təsir edir. Testlərdə cihazların təxminən 14 metr məsafədən hədəf alınması mümkün olub.“Google” məsələ ilə bağlı açıqlama verərək, boşluqların aradan qaldırıldığını və istifadəçilərin cihazlarının ələ keçirilməsinin və məkan izlənməsinin qarşısının alındığını bildirib. Şirkət həmçinin istifadəçilərə qulaqlıqların və səs aksesuarlarının ən son proqram təminatı yeniləmələrini yoxlamağı tövsiyə edib.“Fast Pair” texnologiyası 2017-ci ildə təqdim olunub və “Android” ilə “Chrome” cihazlarının qulaqlıqlarla bir toxunuşla bağlantını təmin edir. Lakin protokol düzgün tətbiq olunmadıqda, qulaqlıqlar normal rejimdə olmasa belə, gələn bağlantı tələblərini qəbul edərək hücumçulara cihaz üzərində tam nəzarət imkanı yaradır. Bunun nəticəsində mikrofonlar vasitəsilə söhbətlər gizli dinlənilə və ya yazıla bilər, habelə səslərin parametrləri dəyişdirilə bilər.Mütəxəssislər xəbərdarlıq edirlər ki, problem yalnız “Android” cihazlarla məhdudlaşmır. “iPhone” istifadəçiləri də təsirə məruz qala bilər. “Google” həmçinin “Find Hub” funksiyası olan, lakin hələ hesabla əlaqələndirilməmiş cihazlarda məkan izlənməsinin mümkünlüyünü təsdiqləyib.Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
www.bakupost.az

1Mənbələr