Xüsusilə iri şəhərlərdə və sürətlə urbanizasiya olunan ərazilərdə köhnəlmiş və yüklənmiş şəbəkələr itkilərə, fasilələrə və sanitariya problemlərinə səbəb olur. Bu səbəbdən su və kanalizasiya şəbəkələrinin mərhələli şəkildə yenilənməsi və əhatə dairəsinin genişləndirilməsi zəruri və qaçılmazdır. Su təchizatı şəbəkələrinin genişləndirilməsi əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılmasına xidmət edir. Yeni magistral xətlərin çəkilməsi, paylayıcı şəbəkələrin qurulması, su anbarlarının və nasos stansiyalarının inşası nəticəsində suyun fasiləsiz və stabil verilməsi mümkün olur. Bu isə xüsusilə kənar qəsəbələrdə, yeni yaşayış sahələrində və əvvəllər mərkəzləşdirilmiş su sisteminə qoşulmayan ərazilərdə yaşayan əhali üçün mühüm sosial əhəmiyyət daşıyır. Kanalizasiya şəbəkələrinin genişləndirilməsi isə ekoloji təhlükəsizliyin və ictimai sağlamlığın qorunmasında həlledici rol oynayır. Məişət və tullantı sularının mərkəzləşdirilmiş qaydada toplanması və təmizlənməsi torpaq və yeraltı suların çirklənməsinin qarşısını alır, yoluxucu xəstəliklərin yayılma riskini azaldır. Yeni kanalizasiya xətlərinin çəkilməsi, kollektorların və tullantı sularının təmizləyici qurğularının tikintisi şəhər və qəsəbələrin sanitariya vəziyyətinin köklü şəkildə yaxşılaşmasına imkan yaradır. Bu sahədə həyata keçirilən layihələr eyni zamanda müasir texnologiyaların tətbiqi ilə müşayiət olunur".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta