AZ

Rusiya və Ukrayna bu ərazi ilə bağlı atəşkəs imzaladı

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin direktoru Rafael Qrossi Rusiya və Ukrayna arasında Zaporojye Atom Elektrik Stansiyasındakı ehtiyat elektrik xəttinin təmiri üçün yerli atəşkəs rejiminin tətbiqi barədə razılığa gəldiyini açıqlayıb.

Bu barədə qurumun saytında dərc olunmuş mətbuat açıqlamasında bildirilib.

“Bu gün AEBA Rusiya və Ukrayna arasında yerli atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə edib. Bu, Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında qalan son ehtiyat elektrik xəttində təmir işlərinə başlamağa imkan verəcək”, – deyə məlumatda qeyd olunub.

AzPost.az

Seçilən
96
13
azpost.info

10Mənbələr