Lənkəranda yeni ilin ilk günlərindən abadlıq və təmir-bərpa işləri başlanılıb. Kompleks şəkildə aparılan bu abadlıq-quruculuq işləri hazırda şəhərin bir sıra küçə və prospektlərində davam edir.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün səkilərə yeni tametlər döşənir, deformasiyaya uğrayan səki daşları yeniləri ilə əvəzlənir, təzə bordürlər qoyulur, habelə yolboyu hasarlara mala və yeni üzlüklər vurulur, divarların, eləcə də çoxmərtəbəli binaların girişləri rənglənir. Qeyd edək ki, konkret qrafik üzrə aparılan işlər ilboyu bütün şəhər ərazisini əhatə edəcək.
"Azərbaycan"