AZ

“Kayserispor”un transfer üçün Türkiyəyə gətirdiyi futbolçu qaçıb

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Kayserispor”un yeni transferi Ronael Pyer-Qabriel yoxa çıxıb.

İdman.Biz bildirir ki, Türkiyə təmsilçisinin transfer etmək üçün Kayseriyə gətirdiyi fransalı müdafiəçi Ronael Pyer-Qabriel heç kimə xəbər vermədən şəhəri tərk edib. 27 yaşlı sağ cinah müdafiəçisinin əşyalarını klubun bazasında qoyaraq qaçdığı bildirilir.

Məlumata görə, futbolçunun bu addımı atmasına səbəb klubun transfer qadağasının olduğunu öyrənməsi və müqavilə şərtlərinin dəyişdirməyə çalışmasıdır.

“Kayserispor” rəhbərliyinin futbolçu ilə bağlı hüquqi proses başladacağı gözlənilir.

Ronael Pyer-Qabriel daha əvvəl “Dinamo Zaqreb”də oynayıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
107
1
icma.az

2Mənbələr