Keçmiş olimpiya çempionu, üzgüçü Yannick Anjel yetkinlik yaşına çatmayan şəxsi zorladığı iddiası ilə məhkəmə qarşısına çıxarılacaq.
Publika.az xəbər verir ki, Kolmar Apellyasiya Məhkəməsi (Yuxarı Reyn) fransız idmançının apellyasiya şikayətini rədd edib. Bu barədə “Lemonde.fr” məlumat yayıb.
Məhkəmə qərarına əsasən, hazırda 33 yaşı olan Anjelə qarşı kifayət qədər sübut var və o, 2016-cı ildə məşqçisinin 13 yaşlı qızına qarşı törədildiyi iddia olunan zorlanma və seksual zorakılıq faktları üzrə cinayət məsuliyyətinə cəlb olunacaq.
Onun Fransa Ali Məhkəməsi olan Kassasiya Məhkəməsinə müraciət etmək üçün 10 günü var. Keçmiş üzgüçü ilk dəfə 2021-ci ilin dekabrında saxlanılıb. O vaxt Anjel yetkinlik yaşına çatmayan qızla münasibətdə olduğunu etiraf etsə də, hər hansı məcburiyyətin olmadığını iddia edib.