AZ

Ramazana sayılı günlər qaldı: Fitrə necə çıxarılacaq?

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"Orucun əsas məqsədi təqvadır. Uca Allah buyurur ki, oruc əvvəlkilərə vacib edildiyi kimi bizə də vacib edildi ki, insan təqvalı olsun. Yəni oruc təkcə yemək və içməkdən uzaq durmaq deyil, dilin yalandan, gözün haramdan, qəlbin kin və pis niyyətdən qorunmasıdır. Peyğəmbərimiz bildirir ki, Allah orucu Özünə aid etmiş və onun mükafatını da Özü verəcək".Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.O bildirib ki, oruc gizli ibadətdir və insan tək qaldığı halda belə yalnız Allah üçün nəfsinə hakim olur:"Rəsulullah xəbərdarlıq edir ki, kim yalanı və pis davranışı tərk etməzsə, Allahın onun yemək və içməyi tərk etməsinə ehtiyacı yoxdur. Bu da göstərir ki, orucun ruhu əxlaqdır və həqiqi oruc insanı nəfsinə qalib gəlməyə alışdırır".İlahiyyatçı deyib ki, fitrə Ramazanın vacib ibadətlərindəndir və Ramazan bayramından əvvəl verilir:"Məqsəd kasıbların bayram sevincini yaşaması və oruc tutanın orucda ola biləcək nöqsanlarının təmizlənməsidir. Peyğəmbərimiz fitrənin kasıblara verilməsini əmr etmiş və onu bayram namazından əvvəl çıxarmağı tövsiyə etmişdir. Fitrə ailənin hər bir üzvü üçün ayrıca verilir və əsas qida məhsulunun orta dəyərinə uyğun müəyyən edilir. Alimlər bildirirlər ki, fitrə orucun zəkatı kimidir və cəmiyyətdə mərhəmət və paylaşma ruhunu gücləndirir".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
105
demokrat.az

1Mənbələr