AZ

Cenevrədə WUF13-ə həsr olunan müzakirə paneli təşkil edilib (FOTO)

Bakı. Trend:

15-16 yanvar 2026-cı il tarixlərində İsveçrənin Cenevrəşəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin CenevrəOfisi ilə birgə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi 35-ci AliSəviyyəli Toplantısı çərçivəsində “Qlobal mənzil böhranının birgəhəlli” mövzusunda panel müzakirəsi təşkil edilib.

Trend WUF13Təşkilat Komitəsinə istinadən xəbər verir ki, AzərbaycanRespublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin MəskunlaşmaProqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxmüzakirədə əsas məruzəçilər qismində çıxış ediblər.

“Çoxqütblü parçalanmalar və transformasiya dövründəmultilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsr olunantədbir 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksək səviyyəlibeynəlxalq iştirakçını bir araya gətirib.

Sözügedən toplantıda beynəlxalq hüququn və ictimai rifahınqorunması üçün kollektiv fəaliyyətin təcili zəruriliyi, həmçininlayiqli mənzil təminatının dayanıqlı şəhər inkişafının mərkəzindəolması və bu məsələlərin UN-Habitat-ın 2026–2029-cu illər üçünStrateji Planında yer alması xüsusi olaraq vurğulanıb. Müzakirələrzamanı qlobal öhdəliklərin konkret tədbirlərə çevrilməsi vədayanıqlı, əlçatan mənzil təminatının sürətləndirilməsi vacibməsələlər kimi qeyd olunub.

Çıxışı zamanı Anar Quliyev multilateralizmin heç bir ölkənintəkbaşına həll edə bilmədiyi – iqlim dəyişikliyi, sürətliurbanizasiya, bərabərsizlik və dayanıqlı inkişaf kimi qlobalçağırışların öhdəsindən gəlmək üçün ən effektiv yanaşma olduğunubildirib. O, bu kontekstdə şəhər və yaşayış məskənlərində qlobalhəllərin praktik fəaliyyətə çevrildiyi əsas məkanlar kimi həlledicirolunu xüsusi vurğulayıb.

Qeyd edib ki, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsindəyerləşən Azərbaycan şəhərləri və infrastrukturu regionları vəcəmiyyətləri birləşdirən körpülər kimi dəyərləndirir. Qarabağ vəŞərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa vəinteqrasiya olunmuş şəhərsalma layihələrindən danışan Anar Quliyevbu layihələrin təkcə ərazilərin yenidən qurulması deyil, həm dəuzunmüddətli sülhə, sabitliyə və regional əməkdaşlığa töhfə verməkməqsədi daşıdığını bildirib.

Sonda Anar Quliyev həmkarlarını 17-22 may 2026-cı iltarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun OnÜçüncü sessiyasına dəvət edib.

Qeyd edək ki, toplantıda Ümumdünya Səhiyyə Təşkilatı, BMT-ninTicarət və İnkişaf üzrə Konfransı, Ümumdünya Ticarət Təşkilatı,BMT-nin Məskunlaşma Proqramı, Beynəlxalq Telekommunikasiya İttifaqıvə BMT-nin HİV/QİÇS üzrə Birgə Proqramı kimi nüfuzlu təşkilatlarınali səviyyəli rəhbərləri və nümayəndələri iştirak edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT-nin Cenevrə Ofisininbirgə təşkil etdiyi bu Ali Səviyyəli Toplantı çoxtərəfliəməkdaşlığı gücləndirmək və qlobal gündəlikdə duran vacibməsələlərin müzakirəsi baxımından beynəlxalq səviyyədə əhəmiyyətliplatforma hesab olunur.

WUF13, qlobal mənzil və şəhərsalma çağırışlarının həllində fəalrol oynayaraq, çoxsahəli əməkdaşlıqların gücləndirilməsi vədayanıqlı şəhər inkişafının sürətləndirilməsinə töhfə verdiyini birdaha nümayiş etdirib.

Cenevrədə
Cenevrədə
Cenevrədə
Cenevrədə
Cenevrədə
Cenevrədə
Cenevrədə
Seçilən
110
7
az.trend.az

8Mənbələr