AZ

Bakı Bulvarına gedənlərin nəzərinə YENİLİKLƏR OLACAQ

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dənizkənarı Bulvar İdarəsi Publik yaşıllıq zolaqlarının və landşaft dizaynının yenilənməsi məqsədilə bitki toxumları alacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, müxtəlif növ və rəng çalarlarında ranunkulus, pelargonium, petuniya, beqoniya, taqetes (məxməri çiçək) və digər dekorativ bitkilərin toxumlarının alınması nəzərdə tutulur.

Ümumilikdə yüz minlərlə ədəd çiçək toxumu sifariş olunacaq ki, bu da park və bulvar ərazisinin mövsümi çiçəklərlə bəzədilməsinə imkan yaradacaq.

Qeyd edək ki, xüsusilə şəhər mühitinə uyğun, uzunömürlü və estetik görünüşə malik çiçək növlərinə üstünlük verilib. Alınacaq toxumlar əsasən yaz-yay mövsümündə Dənizkənarı Bulvar ərazisində, eləcə də ona bitişik park və istirahət zonalarında əkiləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
baku.ws

1Mənbələr