AZ

WUF13 ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb (FOTO)

Bakı. Trend:

15 yanvar 2026-cı il tarixində BMT-nin Məskunlaşma Proqramı(UN-Habitat) tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı(BMT) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və MemarlıqKomitəsi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökumətiarasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) iləbağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm sazişimzalanıb.

Trend WUF13-ünTəşkilat Komitəsinə istinadən xəbər verir ki, Ev Sahibi Ölkə Sazişiəsasında hazırlanmış bu razılaşma BMT-nin Məskunlaşma Proqramınınicraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan RespublikasıDövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədri, WUF13-ün millikoordinatoru Anar Quliyev tərəfindən Cenevrədə imzalanıb.

Bu sənədin imzalanması 17–22 may 2026-cı il tarixlərində Bakıda“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər vəyaşayış məskənləri” mövzusu altında keçiriləcək WUF13-ə hazırlıqprosesində mühüm mərhələni ifadə edir. Sözügedən Saziş 2023-cü ilindekabrında imzalanmış ev sayibliyinə dair Sazişin məntiqi davamıolmaqla, tədbirin hazırlanmasını praktiki mərhələyə keçirir.

Anar Quliyev UN-Habitat və Azərbaycan arasında səmərəliəməkdaşlığı və şəhərsalmanın inkişafı sahəsində birgə layihələriyüksək qiymətləndirdiyini bildirib. O, Qarabağ və Şərqi Zəngəzurbölgələrində üç Milli Şəhərsalma Forumunun təşkili, eləcə dəÜmumdünya Məskunlaşma Günü münasibətilə 2023-cü ildə Bakıdakeçirilmiş tədbirlərin bunu təsdiqləyini qeyd edib.

O əlavə edib: “Bu gün Azərbaycan insan mərkəzli ağıllı şəhərlərüzrə beynəlxalq təlimatların hazırlanmasına dair Qlobal Ekspertİşçi Qrupunda iştirakı və “Hər kəs üçün münasib mənzil” qətnaməsiüzrə Hökumətlərarası İşçi Qrupunda həmsədrlik etməsi vasitəsiləqlobal şəhərsalma gündəliyinin formalaşmasına fəal töhfə verir.UN-Habitat ilə tərəfdaşlığımızın ardıcıl şəkildə inkişafetdirilməsi möhkəm zəmin yaradacaq və dayanıqlı, inklüziv və insanyönümlü şəhərlərin təşviqinə töhfə verəcək.”

UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax bu mühümtoplantıya ev sahibliyi etdiyinə görə Azərbaycan RespublikasıHökumətinə təşəkkür edib: “Azərbaycanın liderliyi və tərəfdaşlığıÜmumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıqprosesinin mərkəzində dayanır və biz bu davamlı əməkdaşlığa görə özminnətdarlığımızı bildiririk. Biz, təqribən 3 milyard insanı, ocümlədən qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1,1 milyardinsana təsir edən qlobal mənzil böhranını birlikdə həlletməliyik.”

Bakı şəhərinin WUF13-ün ev sahibi elan edilməsindən sonra2023-cü il dekabr ayında Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı(UN-Habitat) arasında Ev Sahibi Ölkə Sazişi imzalanıb. Bu sazişqlobal konfransın ev sahibi ölkədə təşkili üçün hüquqi konsepsiyanımüəyyən etməklə yanaşı, həm təşkilati, həm də planlaşdırmaməsələlərinin böyük əksəriyyəti üçün əsas olmuşdur.

Qeyd edək ki, 2001-ci ildə BMT tərəfindən yaradılmış ÜmumdünyaŞəhərsalma Forumu sürətli urbanizasiyanın şəhərlər, icmalar,ölkələr və iqlim dəyişmələrinə təsirlərini araşdırmaq məqsədilətəşkil olunan aparıcı qlobal konfransdır. Forum öz fəaliyyətinə2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya iləbaşlamışdır və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkilolunur.

WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
Məqalədə:
Seçilən
47
4
az.trend.az

5Mənbələr