AZ

Məhkəmə sabiq baş nazirdən fantastik məbləğ istədi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Ukrayna məhkəməsi “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko üçün 33,28 milyon qrivna (1.254.649 manat) girov pulu təyin edib, prokurorluq isə 50 milyon qrivna (1.960.389 manat ) tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “UNN.ua” məlumat yayıb.

Məhkəmə həmçinin Timoşenkonun üzərinə bir sıra öhdəliklər qoyub. Bununla bağlı ətraflı məlumat verilməyib. 

Qeyd edək ki, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun “Batkivşina” partiyasının ofisində axtarış aparılıb. Ofisdən iş telefonları, parlament sənədləri və şəxsi vəsaitlər götürülüb.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
148
globalinfo.az

1Mənbələr