“İnter”in yarımmüdafiəçisi Davide Frattesi karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, 26 yaşlı futbolçuya ən konkret maraq göstərən klub “Nottingem Forest”dir.
“Meşəçilər”in nümayəndələri artıq italiyalı oyunçunun ətrafı ilə əlaqə saxlayıblar. Yaxın vaxtlarda tərəflər əməkdaşlıq şərtlərini razılaşdırmaq üçün yeni danışıqlar aparacaqlar. Bununla belə, “İnter” hələlik Frattesi ilə bağlı rəsmi təklif almayıb.
Frattesi ilə maraqlanan klublar arasında “Yuventus”, “Napoli”, “Roma” və “Qalatasaray”ın da adı çəkilir.